Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sülü bəy Zülqədər

Həyatı
Xəlil bəyin öldürülməsindən sonra bəyliyin basına kiçik qardaşı Süli bəy keçdi. Bu sırada Misirdə olan Osman bəy və İbrahim bəy Sultan Bərkuk tərəfindən tutuldular. Zülqədərlilərin toplanmasını istəməyən Sultan Bərkuk, Süli bəyin başa keçdiyini xəbər alar-almaz Həmadaki qüvvələrinə Süli bəyin üstünə yürüş etmələrini əmr etdi. Süli bəy Maraş üzərindən Əlbistana gələn bu qüvvələr ilə Göksun yaylağında qarşılaşdı. Baş verzn çarpışmada məmlük qüvvələri yenildilər. Bu savaşda Həma və Besni valiləri də öldürüldü. Bu xəbər üzərinə Süli bəyin qarşısına rəqib olaraq çıxarılmaq üçün Qahirədə tutuqlu olan qardaşları İbrahim bzy və Osman bəy sərbəst buraxıldı. Bu qardaşlardan Osman bəy Süli bəyə itaət etdi. İbrahim bəy isə bir müddət mücadilə etdisə də, müvəffəq olmadı. Bunun üzərinə Sultan Bərkuk, Süli bəyin qarşısına bu dəfə Xəlil bəyin qatili Yağmuroğlu İbrahim bəyi çıxardı. Ancaq İbrahim bəy də Maraş önlərində baş verən savaşda Zülqədərlilərə yenildi (1387). Sultan Bərkuk Süli bəyi məğlub edə bilməyincə onun bəylik fərmanını təsdiq etmek məcburiyyətində qaldı.

Süli bəyin səltənətinin ilk illərində qarşısına bir rəqib daha çıxdı. Bu dəfə qardaşıoğlu Nasirəddin Məhəmməd bəy Xəlil bəy oğlu, məmlüklərdən də yardım alaraq əmisinə qarşı çıxdı. Məmlük əmirlərindən Sis naibi Sungur bəy ilə birləşən Məhəmməd bəy 1388-ci ildə əmisi Süli bəyi məğlubiyətə uğratdı. Bu savaşda məmlük sultanına cəbhə almış olan Malatya naibi Mintaş, Süli bəyin yanında yer aldı. Aldığı bu məğlubiyyətdən sonra Dəvəli qalasına çəkilən Süli bəy; Yel Buğa, Mintaş və diğer Türk-Məmlük əmirlərinin Sultan Bərkuka qarşı giriştiyi üsyanda təsirli oldu. Süli bəyin üsyançı bəylərə verdiyi zülqədərli qüvvələri Qeysəri üzərinə yürüş edəkən qardaşıoglu Məhəmməd bəy və əmrindəkilər isə Bərkukun yanında savaşırdılar. Nəticədə Yel Buğa və Mintaş əmrindəki üsyançı qüvvələr Sultan Bərkuku taxtdan endirdilər. Ancaq bu səfər özləri mücadiləyə başladılar və Yel Buğanı məğlub edən Mintaş özünü lələ olaraq elan etdi. Fəqət çox keçmədən Bərkuk, Mintaşa qarşı təkrar üstünlük quraraq səltənətini yenidən eldə etdi. Süli bəy və Mintaş təkrar bir araya gələrək məmlük ərazisində yağma və təxribat aparmağa davam etdilər. Bunlar Ayntəb şəhərini ələ keçirdilər.

Bu tarixlərdə Əmir Teymur Şərqi Anadolu səfərine çıxmışdı. Süli bəy ona elçilər göndərərək itaətini ərz etdi. Süli bəy ayrıca Əmir Teymuru Suriya üzərinə bir səfər etməyə şövq etdi (1394). Zülqədəroğlu Süli bəyin bu hərəkətindən xəbərdar olan Məmlük sultani Bərkuk böyük bir ordu hazırlayaraq Zülqədərlilərin üzərinə göndərdi (1395). Hələb valisi əmrindəki bu məmlük qüvvələri Süli bəyi ağır bir məğlubiyyətə uğratdı. Canını gücle qurtaran Süli bəy bütün məiyyətini itirdi. Bu zəfərə də qane olmayan Bərkuk, daha öncələri Qaraca bəy və Xəlil bəyə etdiyi kimi Süli bəyə də bir sui-qəsd hazırlatdıraraq onu da 1398-ci ilin martında öldürtdü.


Tarix: 14.01.2015 / 16:19 Müəllif: Feriska Baxılıb: 51 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...