Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hacılar oymağı

Oymağın yaranması, yayılması
Orta çağda Türkiyənin Qeysəri vilayətində olduqca geniş bir meydana yayılan bir çox Hacılar oymağı var. Bunlardan biri 1411-1500-cü illər arasında Adana üzərindən Qeysəriyə gələn Qayı boyuna mənsubiyətini bildiyimiz, Qeysərinin Hacılar ilçəsinə adını verən oymaqdır. Həmin dövrdə Ərciyəs dağına uzun zaman yaylağa gedən bu türkman topluluğunun içərisində Qızılqoyunlu, Ağbaş və Lək kimi oymaqlara da rast gəlinir. 1691-1696-cı illər arasında Ərciyəs dağının ətəklərinə yerləşdikləri görünür. Diğər bir Hacılar isə Ərciyəs dağının başqa istiqamətinə keçərək Dəvəlidə Xırmancıq mövqeyinə yerləşmişdir.

Səfəvilər dönəmində Zülqədər elində yer alan Hacılar, qeydlərdə Bayat boyunun obası olaraq qeyd olunub. Hacılar oymağı Malatya livasında bir çox yurda yerləşmişdi. Bu yerləşmələr, Həkimxan ilçəsindəki Hacılar, Ərguvan ilçəsindəki Hacılar, Hacıköyü, Şaban Hacı kəndləridir. Bunlardan başqa Arguvanın güneyi ilə Fərat arasındaki nahiyənin adı Kiçik Hacılu idi. Hacılar adlı iki kənddən biri günümüzədək çatıb və Həkimxan ilçəsinə bağlıdır, əhalisi Ələvidir.

Günümüzə çatmayan Hacılar kəndi isə Həkimxan ilçəsinin İğdır kəndi yaxınlarındaydı. Hacılar obasının qurduğu hər iki kənd də Şah Hüseyn adlı ziyarətlər var. Həkimxandaki Hacılar kəndinin XVII yüzildəki və günümüzdəki adqoyma adəti, Səfəvilərdəki Hacılar bəyləri adıyla tam bir uyum üçündə olması diqqət çəkicidir. Hacılar kəndi camaatı, Hacım sultan ocağının ziyarətçilərdir.

Digər yerlərdə də Hacılar sözünün kökü olan hacı adını daşıyan topluluqlar var. Azərbaycanda və Türkiyədə özəlliklə hacı və hacılı adlı bir çox tayfalara rast gəlinir. Türkiyədə Hacılı adını daşıyan bölgə, Diyarbəkrin cənub-qərbində yerləşir. Hacılı topluluğunun Tunceli yörəsində də bir yurdu var. Osmanlı təhrir qeydlərındə Hacılu Türk olaraq qeyd edilən bu kəndin türk kökənli olduğu şübhəsizdir. Bu kənd, hazırda Pülümür ilçəsinə bağlıdır. Hacılı kəndinin Pir Sultan adlı dədə ocağıyla ilgisi var. Ocaq yiyələrinin anlatdığına görə Pir Sultan asılmadan öncə Hacıli kəndində yeddi il sürgündə yaşamışdır. Yeddi il sonra Pir Sultan, Banaza dönmüş, üç oğlundan biri olan Ərgaip isə Hacıli kəndində qalmışdır. Kənddə Pir Sultanın tikdiyi söylənən bir cəmevi var. Pir Sultan ocağının Hacılıdaki qoluna Ərgaip deyilməkdədir.

Camaatı Ələvi olub Hacılı oymağından olan kəndlərdən biri, Diyarbəkrin Bismil ilçəsindəki Türkmən Hacılı kəndidir. Kənddə Bəyazıd-ı Bostan adlı dədə ocağı var. Bəyazıd-ı Bostanın türbəsi Kırıkxandadır.

Çorumdaki Almahacılı və Şəkərhacılı adlı Ələvi kəndlərinin də Hacılı topluluğuyla ilgisi şübhəsizdir.

Çorumdaki və Ərzurumdaki Həmzəhacılı kəndləri Ağqoyunlu türkmanlari üçündəki Həmzəhacılıların qalığı olmalıdır. Həmzəhacılı oymağı Ağqoyunlulara qatılan topluluklardandır. Uzun Həsən bəyin elçilərindən Aynə bəy Hamza Hacı, bu oymaqdandır. Çorumdaki və Ərzurumdakı Həmzəhacılı kəndlərinin camaatı Ələvidir.


Tarix: 14.01.2015 / 16:14 Müəllif: Feriska Baxılıb: 60 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...