Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səfərəli bəy Vəlibəyov Həyatı

Hacı Vəli bəy Kəbirlinin ikinci oğlu Şıxhəsən bəyin oğlu Səfərəli bəy Vəlibəyov 1856-cı ildə Şuşa şəhərində anadan olmuşdurş. Molla yanında təhsil alarkən Ərəb və Fars dillərinə mükəmməl yiyələnmişdir. 1875-1879 cu illərdə Şuşa şəhər məktəbində təhsil almışdır. 1879-cu ildə A.O.Çernyayevski tələbə toplamaq məqsədi ilə Şuşada olarkən gənc Səfərəli bəylə söhbət aparmış, zirək və bacarıqlı olduğun görüb onu Zaqafqaziyada (Qori) Müəllimlər Seminariyasının nəzdində açılmış Azərbaycan bölməsinə aparmış, onu seminariyanın 2-ci cinfinə qəbul etmişdir.

Seminariya həyatı, ordakı təlim-tərbiyə sistemi basqa seminaristlər kimi Səfərəli bəy Vəlibəyovun da mənəvi inkişafına müsbət təsirin göstərmiıdir. Gələcək müəllim təhsilin ilk günlərindən başlayaraq özünü qabil və işguzar bir gənc kimi göstərir, tədris fənlərinə dərindən yiyələnir,dünya ədəbiyyatı nümunələrini mütaliə edir, pedaqoqika elmi haqqında mükəmməl bilik alır.


Tarix: 13.01.2015 / 18:09 Müəllif: Feriska Baxılıb: 40 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...