Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Süleyman bəy Bicən oğlu

Süleyman bəy Bicən oğlu (? -1492) - Ağqoyunlu sərkərdəsi. 1480-ci ildə Ağqoyunlu torpaqlarına soxulmuş Misir sultanı Qait bəyi (1468-96) məğlub etmiş və Diyarbəkirdə möhkəmlənmişdi. Baysunqur Mirzənin hakimiyyəti dövründə əmir əl–ümərə (əmirlər əmiri) kimi ölkəni idarə etməyə başlamışdı. 1492-ci ildə Rüstəm Mirzənin qoşunları ilə Bərdə yaxınlığında baş vermiş döyüşdə məğlub olan Süleyman bəy Bicən oğlu Diyarbəkirə qaçmış, orada öldürülmüşdür.


Tarix: 13.01.2015 / 16:35 Müəllif: Feriska Baxılıb: 34 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...