Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həsən sultanın dəfn edildiyi yer

19-cu əsr yerli Şəki tarixçisi H.S.Əbdülhəmidə görə onun "nəşini gətirib Daş-yüz adı ilə məşhur olan yerdə" torpağa tapşırmışlar. 19-cu əsrin sonu, yaxud 20-ci əsrin əvvəllərinə aid anonim digər bir yerli Şəki mənbəsində isə göstərilir ki, həmin vaxt Həsən sultanın qəbri Cəfərabad kəndinin yaxınlığında, "Arvatan" deyilən yerdə, yolun kənarında imiş. Anonim katibin yazdığından bu da aydınlaşır ki, qəbrin üzərindəki günbəz yalnız o ərəfələrdə dağılıbmış.

Hal-hazırda Cəfərabad kəndinin sakinləri kəndin şimal-şərq hissəsindəki ərazini "Həsən-soltan" adlandırmaqdadırlar.


Tarix: 12.01.2015 / 16:16 Müəllif: Feriska Baxılıb: 37 Bölmə: Azərbaycan xanlıqları
loading...