Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tarixi liderlərimiz - Qubali Fətəli xan (hakimiyyət illəri: 1758-1789)

Nadir şah Əfşarın ölümündən sonra Qubalı Fətəli xan Quba, Dərbənd və Salyan xanlıqlarını birləşdirməklə Şərqi Qafqazın tarixi lideri kimi tanınmışdır. O, Şamaxı, Şəki, Bakı xanlıqlarını, Car-Balakən azad cəmiyyətini və Ərəş sultanlığını ittifaqa çağırmış, ittifaqa gəlməyən xanlıqları birləşdirmək üçün silaha əl atmağa məcbur olmuş və 1785-ci ildə Şəki xanlığını, 1787-ci ildə Şirvan xanlığını və bir az sonra Bakı xanlığını özünə tabe etmişdir. Otuz illik silahlı mübarizədən sonra Fətəli xan Azərbaycanın əsas xanlıqlarını birləşdirməyə nail oldu.


Tarix: 06.01.2015 / 17:46 Müəllif: Feriska Baxılıb: 19 Bölmə: Azərbaycan tarixi
loading...