Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Naxçıvan Tanınmış şəxsləri

Həsən Abdullayev - Azərbaycanın görkəmli fiziki, Sovet hakimiyyəti dövründə yarımkeçiriciləri ilk tədqiq edənlərdən biri, Azərbaycan Dövlət mükafatı laureatı, Azərbaycan EA-nın həqiqi üzvü, 1970-1983-cü illərdə Azərbaycan EA-nın prezidenti.
Zaxariy Əylisli (Aqulisli) - XVII əsr erməni tarixçisi.
Əmiraslan Əliyev - Azərbaycanın Milli Qəhrəmanı.
Heydər Əliyev - Azərbaycanın görkəmli dövlət xadimi, Azərbaycan Respublikasının üçüncü Prezidenti.
Əcəmi Naxçıvani - XIII əsr Azərbaycan memarı.
Hinduşah Naxçıvani - XIII əsr Azərbaycan tarixçisi, dilçi alim, filosof, ədib, mütərcim, şair, katib, dövlət xadimi.
Məhəmməd Naxçıvani - XIII əsr Azərbaycan tarixçisi, dilçi alim, filosof, ədib, mütərcim, şair, katib, dövlət xadimi.
Əhməd Naxçıvani - Orta əsrlər Azərbaycan memarı.
Nəcməddin Naxçıvani - XIII əsr Azərbaycan filosofu.
Nemətullah Naxçıvani - XVI əsr Azərbaycan filosofu.
Bəhruz Kəngərli - Azərbaycan rəssamı.
Hüseyn Cavid - Azərbaycan şairi, yazıçı və dramaturq.
Akop Davtyan - erməni-sovet diplomatı.
Həmid Qasımbəyov- hərbçi, vitse-admiral.
Məmməd Araz - şair, tərcüməçi, publisist, 1957-ci ildən AYİ-nın üzvü, Əməkdar mədəniyyət işçisi (1978), Əməkdar incəsənət xadimi (1984), Azərbaycan Dövlət mükafatı laureatı (1988), Azərbaycanın xalq şairi (1991[66])
Cəlil Məmmədquluzadə - yazıçı, dramaturq, jurnalist, ictimai xadim.
Ruben Orbeli - erməni mənşəli sovet professoru, arxeoloq, SSRİ-də əsas sualtı arxeoloqlardan biri.


Tarix: 08.01.2015 / 16:39 Müəllif: Feriska Baxılıb: 37 Bölmə: Azərbaycan paytaxtları
loading...