Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Naxçıvan Nəqliyyatı

Şəhərdə 2004-cü ildən Naxçıvan Beynəlxalq Hava Limanı fəaliyyət göstərir. Hava limanından Azərbaycanın Gəncə və Bakı şəhərlərinə, Türkiyənin İstanbul şəhərinə və eləcə də əksinə marşrutlar vardır. Həmçinin Avqust 2012-ci ildən etibarən Naxçıvan- Zaqatala marşrutu üzrə yeni reys həyata keçirilir.

Muxtar respublikada dəmir yolu nəqliyyatı mühüm əhəmiyyət kəsb edir. Araz çayı boyunca Bakı-İrəvan dəmir yolu xəttinin 190 kilometrə qədəri muxtar respublika ərazisindən keçir. Bu dəmir yolu xəttinin Culfadan keçən hissəsindən Təbriz şəhəri istiqamətində qol ayrılır. Hal-hazırda, Naxçıvan-Ordubad və Naxçıvan-Şərur istiqamətində daxili sərnişin daşıma xidməti göstərilir. Bundan başqa Naxçıvan-Təbriz və əks istiqamətdə sərnişin və yük qatarlarlarının hərəkəti üçün İran İslam Respublikası ilə müqavilə bağlanmışdır.


Tarix: 08.01.2015 / 16:38 Müəllif: Feriska Baxılıb: 40 Bölmə: Azərbaycan paytaxtları
loading...