Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sabit Abbasəliyev

Həyatı

Sabit Abbasəliyev 12 may 1932-ci ildə anadan olmuşdur. 1958-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirdikdən sonra institutun komsomol komitəsinin katibi vəzifəsində çalışmış, 1960-cı ildə Bakı Şəhər Komsomol Komitəsinin ikinci katibi seçilmişdir. Özü üçün aktiv həyat tərzi seçən S.Abbasəliyev komsomol, partiya işçisi, daha sonra görkəmli dövlət xadimi kimi şərəfli həyat yolu keçmişdir.

1962-ci ildən 1964-cü ilə qədər S.Abbasəliyev Azərbaycan KP MK-də işləmiş, 1964-cü ildə isə Sov.İKP-nin XXII qurultayı adına Bakı Neftayırma Zavodunun partiya komitəsinin katibi seçilmiş, artıq 1965-ci ildə Azərbaycan KP MK-nin neft və kimya sənayesi şöbəsinə müdir müavini vəzifəsinə təyin edilmişdir.

1971-ci ildən Azərbaycan KP-nin Sumqayıt şəhər komitəsinin birinci katibi seçilən S.Abbasəliyev Azərbaycanın iri iqitsadi mərkəzi olan Sumqayıt şəhərinin zəhmətkeşlərinin səylərini şəhərin iqtisadi və mədəni səviyyəsinin qaldırılmasına səfərbər edə bilmişdir.

Onun dövlət statistikasının nəzəri və praktiki inkişafına verdiyi tövhəsi 1974-cü ildən 1979-cu ilədək Mərkəzi Statistika İdarəsinin rəisi işlədiyi dövrə təsadüf etmişdir.

S.Abbasəliyevin dövlət xadimi kimi istedadı və təşkilatçılıq bacarığı Azərbaycan Respublikası Dövlət Plan Komitəsinin sədri vəzifəsində çalışdığlı dövrlərdə özünü daha da qabarıq göstərmiş, S.Abbasəliyev Dövlət Plan Komitəsinin mütəxəssislərinin işini respublikada həlli vacib xalq təsərrüfatı problemlərinin həllinə yönəldə bilmişdir.

S.Abbasəliyevin hansı sahədə çalışdığına baxmayaraq o həmişə prinsipial mövqe və inadkarlıq göstərərək ona tapşırılmış sahədə işlərin öhdəsində layiqincə gəlmişdir. O özünün tükənməz iş qabiliyyəti və tabeçiliyində olanlara qarşı yüksək tələbkarlığı ilə, rəhbərlik etdiyi kollektivi iş metodlarının daima təkmilləşdirilməsinə, tərəfdaş təşkilatlarla işgüzar əlaqələrin və sıx iş birliyinin qurulmasına istiqamətləndirə bilirdi. Bütün bunlar onun rəhbərlik etdiyi kollektivin mükəmməl səviyyəyə çatdırılmasına şərait yaradırdı. S.Abbasəliyevə xas olan əsas xüsusiyətlərindən onun yeniliyi hiss etməsi, yeni və proqresiv ideyaların tətbiqinə tükənməz inadkarlıqla çalışması, irimiqyaslı məsələlərin dəqiq və aydın qoyulması, onların vaxtında və keyfiyyətli həll edilməsinə nail olmasını qeyd etmək olar.

S.Abbasəliyev böyük insanpərvər, obyektiv və ədalətli olması ilə seçilərək, eyni zamanda ciddilik, tələbkarlıq, insanların müsbət keyfiyyətlərini qiymətləndiliməsi bacarığı kimi xüsusiyyətlər onun xasiyyətinin vəhdətini təşkil edirdi.

Azərbaycan KP MK-nın üzvü, Azərbaycan SSRİ Ali Sovetinin detutatı, Azərbaycan SSRİ Nazirlər Soveti sədrinin müavini, Dövlət Plan Komitəsinin sədri tükənməz həyat enerjisi təşəbbüskarlığı və təşkilatçılığı ilə seçilən, istedadlı insan 1982-ci ildə ömrünün 50 yaşında dünyasını dəyişmişdir.


Tarix: 06.07.2015 / 18:07 Müəllif: Feriska Baxılıb: 185 Bölmə: Azərbaycan coğrafiyası
loading...