Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məleykə Terequlova

Məleykə Terequlova — Üzeyir Hacıbəyovun həyat yoldaşı.

Üzeyir bəylə Məleykə xanım 1909-cu il dekabrın 20-də ailə həyatı qururlar. Amma cütlük övlad sahibi ola bilmir. Üzeyir Hacıbəyov həyat yoldaşı Məleykə xanıma konservatoriyaya daxil olmaqda da yardımçı olub. Məleykə xanım yoldaşına başqa qadınla evlənib övlad sahibi olmağı da təklif edib. Lakin təklif bəstəkar tərəfindən qəbul edilməyib. 6 il Bakıda kirayə yaşayan cütlük sonradan 1915-ci ildə hazırda ev muzey kimi fəaliyyət göstərən mənzilə köçürlər.

Məleykə xanım Terequlova milliyətcə tatar idi. Məleykə xanımın böyük bacısı Badigülcamal xanım Müslüm Maqomayevin arvadı idi. Azərbaycanın bu iki dahi şəxsiyyəti həm də bacanaq olublar. Məleykə xanım dahi bəstəkarımızın ölümündən sonra (1948) "Arşın mal alan" musiqili komediyasının klavirinin Bakıda, "Koroğlu" operasının klavirinin isə Moskvada nəşr olunub işıq üzü görməsində böyük əməyi və xidməti olmuşdur. Məleykə Hacıbəyli 1966-cı ildə vəfat etmişdir. Üzeyir bəyin məzarının sol tərəfində həyat yoldaşı Məleykə xanımın məzarı yerləşir.


Tarix: 06.07.2015 / 17:50 Müəllif: Feriska Baxılıb: 87 Bölmə: Azərbaycan coğrafiyası
loading...