Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Leyla Bədirbəyli

Həyatı

Leyla Bədirbəyli 8 yanvar 1920-ci ildə Bakıda dünyaya göz açıb. Anası Bikə xanım Şəmkirdə Musa xanın qızı, atası Ağalar bəy isə həmin bölgənin kənd bəylərindən olub. 1918-ci ildə bacıları ilə birlikdə Gəncəyə, oradan isə Bakıya qaçırılan Bikə xanımın o zaman 12-13 yaşı vardı.

Leyla uşaqlığını İçərişəhər dəki evlərində keçirmişdir. Anası Bikə xanım Əli Bayramov klubuna-qadınların dərnəyinə gedirdi. Qızını da özü ilə aparırdı. Leylanın incəsənət ə marağı da o vaxtdan yaranmağa başlayır.

Leyla Bədirbəyli 1936-ci ildə 16 yaşı olarkən ilk ailesini Fərəc Cavanşirovla gurmuşdur. 1937 -ci ildə ise bu ailede Leyla ilk oğul övladını, Cavanşiri heyata getirmişdir. Onu da geyd etmək lazimdir ki, hal-hazirda Cavanşir Cavanşirov öz aile yoldaşı Elmira Cavanşirova ilə, Fəvvarəler meydaninda yerleşən, Leyla xanımın uşaglıgda yaşadıqı evde həyat sürürlər. Onların qızlarından biri Mehin Cavanşirova ise, ABŞ-da, Texasın Huyston şeherinde yaşayir.

Амма Leyla ile Fərəcin birgə ailə həyatları uzun çekmir ve bir neçe ilden sonra onlar boşanırlar. 1942-ci ildə isə Leyla Kamil Aslanova ərə gedir. 1947-ci ildə ilk qız övladı-Lalə dünyaya gəlir. 1964-cü ildə isə ikinci qızları-Bikə olur.

Gözəlliyi dillər əzbəri olan böyük sənətkarımız Leyla Bədirbəylinin həyat yoldaşı Kamil Aslanov xarici ölkələrin birində yol qəzasına uğrayır. Yağışlı havada maşın sürüşür və çevrilir. Ərini ürəkdən sevən Leyla Bədirbəyli üçün bu itkiyə dözmək çətin olur. Ancaq bu, bəs etmirmiş kimi, dərdinin üstünə bir dərd də əlavə olunur. Heç bir il keçməmiş böyük qızı Laləni Kukla Teatrının qarşısında maşın vurur. Bu iki faciədən sonra aktrisa için-için əriməyə başlayır.
Vəfatı

1999-cu il noyabrın 23-də Leyla Bədirbəyli vəfat etmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə mərhumun dəfni ilə bağlı olan bütün xərclərin dövlət hesabına ödənilmiş, dəfnini təşkil etmək üçün aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılmışdır:

Elçin Əfəndiyev (sədr)
Rəfael Allahverdiyev
Fatma Abdullazadə
Polad Bülbüloğlu
Zəhra Quliyeva
Oqtay Mirqasımov
Həsənağa Turabov

Leyla Bədirbəyli Bakıdakı Fəxri Xiyabanda dəfn olunmuşdur.
Yaradıcılıq fəaliyyəti

O, səhnəyə çox gənc ikən çıxıb. 16 yaşı tamam olmamışdan Filarmoniyada solist kimi çalışırdı. Şəxsən Leyla üçün rəqslər səhnələşdirilirdi. "Toy" və Əlibaba Məmmədovun "Bir dənəsən, bir dənə" rəqsləri məhz onun üçün nəzərdə tutulmuşdu. Filarmoniyada çalışdığı illərdə "Ayna", "Bakının işıqları" filmlərində çəkilir. 1941-ci ildə isə onu Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edirlər. İlk tamaşası Rəsul Rzanın "Vəfa"sı olur.

1945-cü ildə "Arşın mal alan" filmi çəkilməyə başlayir. Leyla Üzeyir Hacıbəyovun dəvəti və təşəbbüsü ilə filmə çəkilib.
Mükafatları

Azərbaycan SSR Dövlət mükafatı laureatı — 1972

Teatr sahəsində rolları

Dezdemona (Otello, U. Şekspir)
Nərminə (Göz həkimi, İ. Səfərli)
Solmaz (Od gəlini, C. Cabbarlı)
Liza (Canlı Meyit, L. Tolstoy)
Fəxrəndə (Mahnı dağlarda qaldı, İ. Əfəndiyev)

Filmoqrafiya

Arşın mal alan (film, 1945)-Gülçöhrə
Asif, Vasif, Ağasif (film, 1983)
Aygün (film, 1960)
Azərbaycan kinosu-80 (film, 1996)
Beş dəqiqəlik konsert (film, 1941)
Bizim küçə (film, 1961)
Bizim küçənin oğlanları (film, 1973)
Böyük ömrün anları (film, 2006)
Çarvadarların izi ilə (film, 1974)
Dəcəl dəstə (film, 1937)
Dəli Kür (film, 1969)
Dərviş Parisi partladır (film, 1976)
Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
Fətəli xan (film, 1947)
Gəmi saatının sirri (film, 1983)
Gənc qadının kişisi (film, 1988)
Gilas ağacı (film, 1972)
Görüş (film, 1955)
Günlərin bir günü (kinoalmanax, 1976)
Hər şey olduğu kimi. Beşinci film. Rəşid Behbudov (film, 2000)
İntizar (film, 1970)
Kişi sözü (film, 1987)
Kölgələr sürünür (film, 1958)
Koroğlu (film, 1960)
Qanlı zəmi (film, 1985)
Qəzəlxan (film, 1991)
Maestro Niyazi (film, 2007)
Mən ki gözəl deyildim (film, 1968)
Mən mahnı qoşuram (film, 1979)
Müqəddəs oda yanaram (film, 1991)
Nağılların Dərbəndi (film, 2006)
Nehrəmli qız (film, 2002)
O dünyadan salam (film, 1992)
O olmasın, bu olsun (film, 1956)
Onun böyük ürəyi (film, 1958)
Prima (film, 1992)
Sevil (film, 1970)
Səbuhi (film, 1941)-Tubu
Səhər (veriliş, 1995)
Sovqat (film, 1942)
Tələ (film, 1990)
Tikdim ki, izim qala (film, 1997)
Üzeyir ömrü (film, 1981)
Vulkana doğru (film, 1977)


Tarix: 06.07.2015 / 17:37 Müəllif: Feriska Baxılıb: 362 Bölmə: Azərbaycan coğrafiyası
loading...