Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əmir xan Xoyski

Həyatı
Əmir xan Cahangir xanın oğlu 1888-ci ildə Gəncə şəhərində doğulmuşdu. Azərbaycan Xalq Cumhuriyyəti dövründə Bakı qubernatorunun köməkçisi 1-ci müavini olmuşdu. Gəncə qəzasının rəisi, Daxili İşlər Nazirliyinin Qazax qəzasında xüsusi səlahiyyətli nümayəndəsi vəzifələrində çalışmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ərəfəsində, 1920-ci ilin aprelində Quba qəzasının qubernatoru/valisi/ vəzifəsində idi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Əmir xan Xoyski həbs və təqibdən yaxa qurtarmaq üçün Türkiyəyə qaçmışdı.

Sovet quruluşu dövründə, ömür boyu Azərbaycana qayıtmaq həsrəti ilə yaşayan, lakin bu imkandan məhrum olan Əmir xan Xoyski 1954-cü ildə Ankarada vəfat etmişdir.


Tarix: 09.01.2015 / 14:32 Müəllif: Feriska Baxılıb: 31 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...