Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ələkbər xan Şahsuvarov

Həyatı
Ələkbər xan Şahsuvarov Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdi. 1914-cü ilədək Petrovskidə İranın vitse-konsulu vəzifəsində çalışmışdı. 1917-ci ilədək Don vilayətinin Pereyezdnaya stansiyasında "Salde" zavodunda iranlı fəhlələrin rəhbəri olmuşdu.

Ələkbər xan Şahsuvarov Bakı general-qubernatorluğunun informasiya şöbəsində çalışırdı.

1920-ci ilin mart ayından etibarən əks-kəşfiyyat təminatını Bakı general-qubernatorluğunun tərkibində yaradılmış informasiya şöbəsi həyata keçirmişdir. İnformasiya şöbəsi Nazirlər Şurasının sədrinə və daxili işlər nazirinə tabe idi. ƏMT-nin funksiyaları informasiya şöbəsinə verilmişdi. Şöbəyə Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirmiş Ələkbər xan Şahsuvarov rəhbərlik edirdi. Ə.Şahsuvarovun rəhbərliyi ilə şöbə fəaliyyətinin ilk günlərindən bolşeviklərə qarşı yorulmadan mübarizə aparmışdır. Az və çətin vaxtda o bir sıra uğurlu əməliyyat işləri aparmışdır. İnformasiya şöbəsi fəaliyyətini yalnız bolşevik Rusiyasının Azərbaycanı işğalı nəticəsində dayandırmağa məcbur oldu...

Cəmi 13 nəfərdən ibarət olan bu şöbəyə Ələkbər xan Şahsuvarov rəhbərlik edib. Ələkbər xan Şahsuvarov başda olmaqla şöbənin bütün əməkdaşları ölkəyə xarici müdaxilələrin qarşısını almaq üçün əllərindən gələni əsirgəməmişdilər. Lakin 52 günə heç nəyi dəyişmək mümkün deyildi. Bakı general-qubernatorluğunun informasiya şöbəsi bolşevik Rusiyası Azərbaycanı işğal edənədək fəaliyyət göstərdi.


Tarix: 09.01.2015 / 14:32 Müəllif: Feriska Baxılıb: 24 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...