Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İstiqlal Bəyannaməsi

Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsi[1] — Azərbaycan Milli Şurasının qərarına əsasən, Azərbaycanın istiqlaliyyətini rəsmən elan edən sənəd

Bəyannamə Azərbaycan Milli Şurasının 1918 il mayın 28-də Tiflisdə, keçmiş Qafqaz canişininin iqamətgahında keçirilən iclasında qəbul olunmuşdur. İclasa Həsən bəy Ağayev sədrlik etmişdir. Altı bənddən ibarət olan bəyanaməni (bu sənədi o dövrdə Əqdnamə və ya Misaqi-milli də adlandırırdılar) Azərbaycan Milli Şurasının aşağıdakı üzvləri imzalamışlar:

Həsən bəy Ağayev
Fətəli xan Xoyski
Nəsib bəy Yusifbəyli
Camo bəy Hacınski
Şəfi bəy Rüstəmbəyli
Nəriman bəy Nərimanbəyov
Cavad Məlik-Yeqanov
Mustafa Mahmudov.
Azərbaycanın istiqlaliyyətinin elan olunması və Azərbaycan Xalq Cümhuriyyətinin yaranması barədə Nazirlər şurasının sədri Fətəli xan Xoyskinin adından mayın 30-da radioteleqrafla dünyanın əksər siyasi mərkəzlərinə -London, Paris, Vaşinqton, İstanbul, Berlin, Madrid, Moskva, Roma, Vyana, Buxarest, Tokio, Haaqa, Kopenhagen, Stokholm və s. yerlərə rəsmi məlumat verilmişdir. Məhəmməd Əmin Rəsulzadə sonralar bu barədə belə yazmışdır:

"28 mayıs 1918 il bəyannaməsini nəşr etməklə Azərbaycan Şurayi-milliyəsi, sözün siyasi mənası ilə, bir Azərbaycan millətinin varlığını təsbit etmişdir. Beyləki, Azərbaycan kəlməsi sadə coğrafi, etnoqrafi və linqvistik bir kəlmə olmaqdan çıxaraq, siyasi bir aləm olmuşdur
Məhəmməd Əmin Rəsulzadə


Tarix: 09.01.2015 / 14:21 Müəllif: Feriska Baxılıb: 58 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...