Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məhəməd xan Təkinski

Təkinski Məhəmməd xan 1880-ci ildə anadan olmuşdur. Görkəmli siyasətçi, diplomat, dövlət xadimi. İxtisasca ali təhsilli hüquqşünasdır. Vəkil işləyib. Azərbaycan Cümhuriyyəti dönəmində xarici işlər nazirinin əvəzi (09.12.1918-də bu vəzifədə adı çəkilib), Azərbaycan Cümhuriyyətinin Ermənistanda diplomatik nümayəndəliyinin başçısı (29.01.1919-dan) işləyib. İlin sonuna yaxın yerini T.Makinskiyə buraxmaqla Bakıya gələrək xarici işlər nazirinin müavini (01.10.1919-dan) təyin edilib. Xarici işlər nazirinin müavini olarkən Bakıda Polşanın Qafqazdakı nümayəndəsi Vatslav Ostrovskini (28.12.1919), Britaniyanın Zaqafqaziyadakı ali komissarı Oliver Uordropu (23.01.1920), Polşanın fövqəladə missiyasını (24.04.1920) və b. qəbul edərək onlarla danışıqlar aparıb. Məhəmməd xan Təkinsk 1938-ci ilin mart ayında vəfat etmişdir.


Tarix: 09.01.2015 / 01:33 Müəllif: Feriska Baxılıb: 14 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...