Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Muğan Sovet Respublikası

Quruluşu
1919-cu ilin martında silahlı üsyana artıq hazırlıqlar başlamış, apreldə baş vermiş bu üsyanda Lənkəran qırmızı qvardiyaçıları, Zuvandlı Balaməmmədin süvari partizan dəstələri, Pigəli Ələkbər Məmmədovun partizan dəstəsi, Boçarnikovun rəhbərlik etdiyi Privolnı kənd partizanları, Sarı adasındakı hidrolokasiya dəstəsi iştirak edirdi. 2 may 1919-cu ildə Muğan istisna olmaqla, Lənkəran və ətrafında bolşevik hakimiyyəti yaradıldı, 13 gün sonra isə Muğan Sovet Respublikası elan olundu. Respublikanın sədrliyinə D.D.Çirkin, onun müaviyinlinə Şirəli Axundov, inqilabi hərbi komitənin başçılığına isə Timofey Ulyantsev gətirildi, rəsmi qəzet çap olunmağa başlandı. Anastas Mikoyanın Leninə yazdığı məktubda azərbaycanlı kəndlilərin bu prosesdə fəal iştirak etdikləri və Bakını ələ keçirməyə hazırlaşdıqlarını vurğulayırdı.Həştərxandan 200 Qızıl Ordu əsgəri də köməyə göndərilmişdi


Tarix: 09.01.2015 / 01:19 Müəllif: Feriska Baxılıb: 40 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...