Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mirzə Yusif xan Məmmədbəyov

Həyatı
Yusif xan Məhəmmədəli xan oğlu 1866-cı ildə Təbriz şəhərində doğulmuşdu.

Mükəmməl mədrəsə təhsili almışdı. Mirzə ünvanı daşıyırdı.

1899-cu ildə Tiflis giminaziyasını bitirmişdi. Peterburq Universitetinin riyaziyyat fakültəsinə qəbul olmuş, sonra Peterburq Yollar institutuna dəyişilmişdi.

Zaqafqaziya Dəmir Yolunda çalışmışdı. Ağstafa, Bakı sahələrinə başçılıq etmişdi.

1919-cu ilin mart ayından Azərbaycan Cümhuriyyətinin Yollar, Poçt və Teleqraf nazirinin müavini olmuşdu. Sovet dönəmində İrana mühacirət etmişdi.

Mirzə Yusif xan 1934-cü ildə vəfat еdib.

Ailəsi
Mirzə Yusif xan Mina xanım Ibrahim bəy qızı Davatdarova ilə ailə qurmuşdu. Rəşid bəy, Murad bəy adlı oğulları vardı.

Əbülfət xan Tutinin nəvəsidir.
Mənbə
Ənvər Çingizoğlu, Əbülfət xan Qarabağlınım törəməsi, ATŞS-nin xəbərləri,VI buraxılış, Bakı, “Adiloğlu”, 2007, səh.3


Tarix: 09.01.2015 / 01:15 Müəllif: Feriska Baxılıb: 46 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...