Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mehdi bəy Hacıbababəyov

Mehdi bəy Hacıbababəyov -ictimai-siyasi xadim. Azərbaycanın istiqlal mübarizəsinin fəal iştirakçılarından biri. Zaqafqaziya seyminin, Zaqafqaziya Demokratik Federativ Respublikasının süqutundan (1918, 26 may) sonra Azərbaycan Milli Şurasının (1918, 27 may) üzvü olmuşdur. Milli Şuranın Azərbaycanın İstiqlal bəyannaməsini qəbul edən 26 üzvündən biri idi. Bakı realnı məktəbini bitirmiş, 1901 ildən 1-ci Bakı rus-tatar məktəbində dərs demişdir. "Nicat" xeyriyyə cəmiyyətinin katiblərindən biri olmuş, axşam kurslarında dərs demiş, "Nicat" cəmiyyətinin teatr bölməsinə başçılıq etmiş, eyni zamanda, "Nicat" cəmiyyətinin 1-ci şəhər rus-tatar məktəbinin direktoru seçilmişdir. Müəssislər Məclisinin çağırılması üzrə mərkəzi komissiyanın üzvü idi. Hacıbababəyov Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsis edilməsi haqqında qanun"una (1918, 19 noyabr) əsasən Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilmişdi. "Müsavat" fraksiyasının (sonralar "Müsavat" və bitərəflər fraksiyası) üzvü idi.


Tarix: 09.01.2015 / 01:12 Müəllif: Feriska Baxılıb: 42 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...