Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gürcüstanın ərazi iddiaları

Gürcüstanın ərazi iddiaları - 1918-ci il mayın 26-da elan olunmuş Gürcüstan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinə qarşı irəli sürdüyü ərazi iddiaları. Gürcüstan müstəqil respublika elan edildikdən sonra, yeni yaranmış dövlətin ərazisi və sərhədlərinin müəyyənləşdirilməsinə başlandı. Gürcüstan hökuməti vaxtilə çar Rusiyasının xüsusi məqsədlə Tiflis quberniyasının tərkibinə daxil etdiyi tarixi Azərbaycan torpaqlarına iddialarla çıxış etdi. Bu məqsədlə həm müvafiq xəritələr tərtib olunur, həm də əməli addımlar atılmasına cəhd edilirdi. Gürcüstan Sığnaq qəzasının cənub-şərq hissəsinə, Tiflis qəzasının Qarayazı düzünə, Borçalı qəzasının orta (türk) hissəsinə, həmçinin Zaqatala dairəsinə ərazi iddiaları qaldırırdı. Statistik məlumatlara görə, Gürcüstanın iddia irəli sürdüyü ərazilərin bütün əhalisinin (147362 nəfər) 135898 nəfərini (92,3%) türk-müsəlmanlar, 6526 nəfərini isə (4,4%) gürcülər təşkil edirdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti mürəkkəb tarixi şəraitdə özünün tarixi-coğrafi torpaqlarında suveren hüquqlarını bərpa etmək üçün fəal siyasət yeritdi. Zaqatala dairəsi əhalisinin arzusu nəzərə alınaraq, orada Cümhuriyyət idarəçiliyi yaradıldı. Digər torpaqlar uğrunda da diplomatik fəaliyyət davam etdirildi.


Tarix: 09.01.2015 / 01:09 Müəllif: Feriska Baxılıb: 35 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...