Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şamaxı, Ağsu, İsmayıllının işğalı

Bolşeviklərin üçüncü qolu da Bakının şimalından hərəkət etdi. Bakı-Gəncə yolu boyunca şimal-qərb istiqamətində irəliləyərək Mərəzə və Şamaxıya daxil oldular. Bico kəndində kənd əhalisinin 400 nəfərlik erməni hərbçilərini darmadağın edərək Bico dərəsində qırması on illər boyu yaddaşlardan silinmədi.[5] Bicoda Pirəmsaq döyüşündə gözləmədikləri halda aldıqları bu ağır zərbədən hiddətlənən erməni-bolşevik birləşmələri Biconun üzərinə daha böyük qüvvə ilə gəldi.[6] Bundan xəbər tutan kənd əhalisi Ağsu, sonra da Göyçay istiqamətinə köçməyə məcbur oldu. Biconu yandırdıqdan sonra Ağsu qəsəbəsini işğal etdilər. Daha irəlidə olan Qaraməryəm və qərbdəki Bığır kəndi və ətrafını işğal və talan etməyə başladılar. Qafqaz Qızıl Ordu qüvvələrinin 1-ci və 3-cü diviziyaları Qaraməryəmin şimalında yerləşən İsmayıllı və ətrafındakı qəsəbə və kəndləri də ələ keçirmişdi. Qızıl Ordunun 3-cü diviziyaya bağlı qüvvələri 16 iyun səhəri bölgədəki Azərbaycan və Dağıstan türkləri ilə gürcülərdən ibarət milislərə qarşı hücuma keçdilər. İsti bir havada yeddi saat davam edən qanlı vuruşmanın sonunda say və silah baxımından üstün olan düşmən qarşısında dayana bilməyən bu türk birliyi Göyçaya geri çəkilmək məcburiyyətində qaldı. Qızıl Ordu qüvvələri bölgədəki erməni və rus kəndlərindən də gücləndirici qüvvə, silah, yemək və su təmin etməyə başladılar.


Tarix: 09.01.2015 / 01:04 Müəllif: Feriska Baxılıb: 19 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...