Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müsəlman tələbələrin xarici ölkələrə göndərilməsi haqqında qərar

XARİCƏ TƏHSİL ALMAĞA GÖNDƏRİLƏN AZƏRBAYCANLI TƏLƏBƏLƏR HAQQINDA QƏRAR Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin həyata keçirdiyi ən mühüm tədbirlərdən biri də müxtəlif sahələrdə ali təhsilli mütəxəssislər hazırlamaq üçün yüz nəfər azərbaycanlı gəncin Avropanın ali məktəblərinə göndərilməsi olmuşdur. Azərbaycan Parlamentinin 1919-cu il sentyabrın 1-də keçirilən 70-ci iclasında Bakı Dövlət Universitetinin təsisi ilə yanaşı, 1919-20 tədris ilindən başlayaraq, yüz nəfər azərbaycanlı gəncin Hökumət hesabına təhsil almaq üçün xarici ölkələrin nüfuzlu ali məktəblərino göndərilməsi haqqında məsələ də müzakirə edilmişdir. Bu məsələ ilə əlaqədar Əhməd bəy Pepinovun məruzəsi ətrafında müzakirələrdə Rəhim bəy Vəkilov, Abdulla bəy Əfəndizadə, Rza bəy Ağabəyov, Məmmədrza ağa Vəkilov, Qasım bəy Camalbəyov, Qara bəy Qarabəyov, Muxtar əfəndi Əfəndizadə, Ağa Aşurov, xalq maarifı naziri Rəşid xan Qaplanov və b. çıxış edərək, ölkə iqtisadiyyatının elm, təhsil və mədəniyyətinin gələcək inkişafı üçün tələbələrin xarici ölkələrdə ali təhsil almağa göndərilməsinin əhəmiyyətini vurğulamışlar.

1919-1920 tədris ilində xaricdə təhsil almağa göndəriləcək tələbələr barədə Azərbaycanın Cümhuriyyəti Parlamentinin xaricdə təhsil almağa göndərilən azərbaycanlı tələbələrə vəsait ödənilməsi haqqında qərarı ilə bu iş üçün dövlət xəzinəsindən xalq maarifı nazirliyinin sərəncamına 7 milyon manat vəsait aynlmıĢdı. Avropa ali məktəblərinə göndərilən hər tələbəyə ayda 400 frank təqaüd və 1000 frank yol xərci, Rusiya ali məktəblərinə göndəriləcək tələbələrə isə hər ay 3 min rubl təqaüd və 1000 manat yol xərci ayrılmalı idi. Xaricə göndəriləcək tələbələri seçmək üçün Xalq Maarifı Nazirliyi yanında Məhəmməd Əmin Rəsulzadə (sədr), Əhməd bəy Pepinov, Qara bəy Qarabəyli, Mehdi bəy Hacınski və Abdulla bəy Əfəndizadədən ibarət çox nüfuzlu münsiflər heyəti yaradılmışdı. Münsiflər heyətinin diqqətlə seçdiyi tələbələrdən 10 nəfərinin İngiltərəyə, 23 nəfərinin İtaliyaya, 45 nəfərinin Fransaya, 9 nəfərinin Türkiyəyə göndərilməsi nəzərdə tutulurdu. Nəticədə isə Xalq Maarifi Nazirliyi tərəfındən xaricə göndərilən tələbələrdən 49 nəfərinə Almaniyanın, 27 nəfərinə Fransanın, 4 nəfərinə İtaliyanın, 1 nəfərinə İngiltərənin, 6 nəfərinə isə Türkiyənin müxtəlif ali məktəblərinə göndərilmələri barədə rəsmi sənəd verilmişdi. Qalan 13 nəfər isə Rusiyaya göndərilməli idi. Rusiyada vətəndaş müharibəsi ilə əlaqədar yaranmış şəraitə görə oraya tələbə göndərmək mümkün olmamışdı. Xaricə göndərilən tələbələr 1920-ci il yanvarın 14-də Parlament və Hökumət üzvlərinin, tanınmış xeyriyyəçilərin, iş adamlarının, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə təntənəli surətdə yola salındılar. Tələbələrin Batuma getmələri üçün xüsusi vaqonayrılmışdı. 1920-ci il fevralın 11 -də Parisə çatan tələbələr burada Paris Sülh Konfransında (1919-20) iĢtirak edən Azərbaycan nümayəndə heyəti tərəfındən hərarətlə qarşılandı. Nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşov tələbələr qarĢısında böyük nitq söylədi. Bundan sonra tələbələr təhsil almaq üçün Avropanm müxtəlif ölkələrinə yollandılar.


Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin belə diqqətlə seçərək, böyük ümidlərlə xarici ölkələrin ali məktəblərinə yola saldığı bu tələbələrin taleyi Aprel işğalından (1920) sonra çox acınacaqlı oldu. Ölkənin bolşevikləşdirilməsi nəticəsində vəziyyət kəskin şəkildə dəyişdi. Tələbələrə pul göndərilmədi. Onlar bu barədə Nəriman Nərimanova müraciət etdilər. Azərbaycan İnqilab Komitəsinin 1920 il avqustun 9-da Nəriman Nərimanovun şəxsi təşəbbüsü və sədrliyi ilə keçirilən iclasında keçmiş Azərbaycan Hökumətinin xaricə göndərdiyi tələbələrin təhsillərini başa vurması üçün vəsait buraxılması və ümumiyyətlə, onlara maddi yardım göstərilməsi məsələsi müzakirə edilərək, müsbət qərar qəbul olundu və xaricdə oxuyan tələbələrə lazımi maddi kömək göstərilməsi yollarının müəyyənləşdirilməsi və göndərilməsi məsələlərinin həlli xalq maarifi və xalq xarici işlər komissarhqlarına tapşırıldı. Azərbaycan SSR Xalq Komissarlan Sovetinin sədri kimi Nəriman Nərimanov xaricdə təhsil alan azərbaycanlı tələbələrə yardımın davam etdirilməsi haqqmda xüsusi qərar imzaladı. Nəriman Nərimanov hələ 1919-cu ildən xaricdə oxuyan azərbaycanlı tələbələrin işinə məşğul Bəhram bəy Axundovu 1921-ci il iyunun 18-də xaricdə oxuyan azərbaycanlı tələbələrin işləri üzrə xüsusi müvəkkil təyin etdi. Həmin il iyulun əvvəllərində B.Axundov xaricdə oxuyan azərbaycanlı tələbələrin maddi vəziyyətini öyrənmək və onlara əməli köməklik göstərmək üçün azərbaycanlı tələbələrin oxuduğu Qərbi Avropa ölkələrinin paytaxtlarına ezam olundu. O, bütün maneələri dəf edərək, yalnız həmin il oktyabrın axırlarında Parisə gəlib çata bildi. 1922 ilin yanvarına qədər Paris, Berlin və Avropanın digər şəhərlərinə səfər edən B.Axundov Fransamn müxtəlif məktəblərində 28, Almaniyanın ali məktəblərində 49, İtaliyada 3 nəfər tələbənin oxuduğunu müəyyənləşdirdi. Bakıya qayıtdıqdan sonra, o, 1922 il martın 2-də Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun adına əhatəli hesabat təqdim etdi. Bu hesabat əsasında Nəriman Nərimanovun şəxsi göstərişi ilə xaricdə oxuyan tələbələrə təhsillərini müvəffəqiyyətlə davam etdirmələri üçün lazımi şərait yaradılması tapşırıldı.1922-ci ilin sonlarında Nəriman Nərimanov Moskvaya işə keçirildikdən sonra, xaricdə oxuyan tələbələrə münasibət yenidən dəyişdi. Xaricdə oxuyan tələbələr "sədaqətli" və "sədaqətsiz" adı ilə iki qismə bölündü. Onlara münasibət də bu yöndə quruldu. Nəticədə, təhsil haqqını ödəyə bilməyən tələbələrdən gündəlik çörəyə möhtac olaraq, ən ağır şəraitdə işləmək məcburiyyətində qalanlar, həbsxanalara düşənlər, hətta böhranlı vəziyyətdən çıxış yolu tapmayaraq, intihar edənlər də olmuşdur. Çox çətinliklə təhsilini başa çatdınb, yüksək ixtisaslı mütəxəssislər kimi vətənə qayıdan tələbələrin əksəriyyəti isə sonralar "qırmızı terror"un qurbanı oldular.


Tarix: 09.01.2015 / 01:00 Müəllif: Feriska Baxılıb: 44 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...