Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fəhlə sinfinin yanında olan Cavad bəy

Cavad bəy Cümhuriyyətin ictimai-siyasi xadimləri arasında, artıq qeyd etildiyi kimi, fəhlə sinfinə çox yaxın olmasıyla fərqlənirdi. Azərbaycanın müstəqilliyinin Avropa dövlətləri tərəfindən tanınması ilə bağlı tədbirdə demişdi: "Elan olunmuş müstəqilliyi Avropa tanımasaydı belə, fəhlələr onun uğrunda öz həyatlarını qoymağa həmişə hazır olmuşlar".

Cavad bəy həm də üzvü olduğu Müsavat Partiyasının sıralarında həmişə sadə zəhmətkeş xalqın həyat və güzəranı ilə bağlı radikal çıxışların müəllifidir. Məsələn, 1919-cu il dekabr ayının 8-də başlanan Müsavatın dördüncü iclası tamamilə partiyanın aqrar siyasətinin müzakirəsinə həsr edilmişdi. Çıxış eləyənlər arasında Cəfər Cabbarlının, bir də Cavad bəy Məlikyeqanovun çıxışları daha çox diqqəti çəkmişdir. Geniş nitqlə çıxış eləyən Cavad bəy partiyanın zəhmətkeşlərin güzəranı ilə bağlı siyasətini sərt tənqid edir. Azərbaycan fəhlələrinin müstəqil Cümhuriyyətin qurulmasında və ərazi bütövlüyünün təmin olunmasında xidmətlərini xüsusi qeyd eləyən natiq bildirir ki, "göstərdikləri vətənpərvərliyə baxmayaraq, onlar heç də yaxşı vəziyyətdə yaşamırlar. Ancaq partiyanın arxasınca gedən, onun çağırışına hər zaman səs verən fəhlə sinfi iqtisadi durumlarının yaxşılaşacaqlarına ümid edirdilər".


Tarix: 09.01.2015 / 00:59 Müəllif: Feriska Baxılıb: 21 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...