Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aslan bəy Qardaşov Həyatı

Aslan bəy Əli ağa oğlu 1866-cı ildə Zaqatala dairəsinin Tala kəndində anadan olmuşdu. Zaqatala qəza məktəbində oxumuşdu. Sonra Müəllimlər Seminariyasını bitirmişdi. İstanbul universitetində təhsilni davam etdirmişdi. Hüquq, maarif sahəsində çalışmışdı. Dağıstandan II Dumaya üzv seçilmişdi. 1917-ci ildən Müsavat partiyasının üzvü idi.

Aslan bəy Qardaşov 1918-ci il dekabrın 25-də Parlamentin siyasi dustaqların amnistiyası üzrə yaratdığı komissiyanın üzvü olmuşdur. Azərbaycan Xalq Cumhuriyyətinin dördüncü hökumət kabinəsində əkinçilik naziri idi. 1920-ci il aprelin 15-də Aslan bəy Qardaşov “Əhrar” fraksiyası adından koalisiyadan çıxdığını və öz nümayəndələrini Hökumətdən geri çağırdığını bəyan etmişdi. 1920-ci il aprelin 27-də hakimiyyətin kommunistlərə təhvil verilməs haqqında ultimatumu müzakirə etmək üçün Palamentdə yaradılmış komissiyaya daxil olmuş və müzakirə zamanı hakimiyyətin bolşeviklərə təhvil vermək təklifini müdafiə etmişdir.

Aslan bəy 21 iyul 1920-ci ildə güllələnib.


Tarix: 08.01.2015 / 19:32 Müəllif: Feriska Baxılıb: 40 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...