Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Abbasqulu Kazımzadə Həyatı

1905-ci ildən Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının üzvü olmuş, 1911-ci ildə ―Musavat partiyasının yaranmasında iştirak etmişdir. Milli şuranın "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun" una (1918, 19 noyabr) əsasən, Cümhuriyyət Parlamentinin tərkibinə daxil edilmişdi. Parlamentdə "Müsavat" və bitərəflər fraksiyasının üzvü idi. Təşkilatın ilk qurucularından olan, sonradan Türkiyədə yaşamaq məcburiyyətində qalan Məhəmmədəli Rəsulzadə yazırdı: «1911-ci ilin son baharı idi. Arkadaşların gizli toplantı və müşavirə yeri olan rəhmətlik Kazımzadə Abbas bəyin mağazasının arxa odasında Abbas bəylə bərabər oturduq. Arkadaşlarımızdan mərhum Tağı Nağıoğlu içəri girdi və bizə: «Gürcülərin, ermənilərin və rusların siyasi partiyaları vardır. Bizim nədən bir partiyamız olmasın, biz də bir partiya quralım» - dedi. Bir neçə gün müzakirə və müşavirədən sonra Müsavat partiyasını qurmağa qərar verdik. Zatən mərhum Rəsulzadə Emin bəy də o tarixlərdə, bulunduğu İstanbuldan bizlərə siyasi bir təşəkkülə ehtiyac olduğu haqqında yazılar yazmaqda idi". «Азербайджан» qəzeti. 1919, N111


Tarix: 08.01.2015 / 19:21 Müəllif: Feriska Baxılıb: 29 Bölmə: "Azərbaycan Demokratik Respublikası"
loading...