Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarakənd faciəsi

Qarakənd faciəsi və ya 20 noyabr faciəsi — 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni həbiləşdirilmiş dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsi. Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vuruldu. Faciə haqqında ilkin məlumat Prezident Aparatına saat 19:55-də çatır. Lakin nə qədər maraqlı olsa da bu faciə haqqında xəbər Xankəndindən erməni dilində yayımlanan "Vətən və vətəndaş" verlişinin xəbərlər bölümündə, saat 15:30-də yayımlanmışdı. Həmin gün İrəvan radiosu saat 16:15-da Tehran radiosu, 17:00-da Moskva radiosu açıqladı. Son gediş
7 noyabrda Bakıda Qazaxıstan, Azərbaycan, Türkmənistan, Rusiya və Ermənistan həmsədrlərinin görüşü keçirildi. Səbəb bunda idi ki, Dağlıq Qarabağ ərazisində müharibə gedir və hansı xalqın (yəni azərilər və ya ermənilər) sıxışdırıldığı məlum deyil. Bu səbəbdən də onlar razılaşdılar ki, hadisələri öz gözləri ilə görsünlər və Xankəndiyə getsinlər. Onlar əvvəlcə Ağdama üz tutdular və bir neçə saat sonra onlar Xocavənd istiqaməti ilə birbaşa Xankəndiyə helikopter ilə getdilər. Helikopter Xocavəndin Qarakənd kəndi səmasında olan zaman vurulur.


Tarix: 27.01.2015 / 15:42 Müəllif: Feriska Baxılıb: 89 Bölmə: Azərbaycanın müharibələri‎
loading...