Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarabağ müharibəsində itkin düşən azərbaycanlılar

Qarabağ müharibəsində itkin düşən azərbaycanlılar – Ermənistanın Azərbaycana qarşı təcavüskar müharibəsi zamanı itkin düşmüş və ermənilər tərəfindən əsir götürülmüş Azərbaycan vətəndaşları.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu tərəfindən 2007-ci il ərzində aparılmış araşdırma zamanı məlum olmuşdur ki, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4354 nəfər təşkil edir. Onlardan 3503 nəfəri hərbçi, 841 nəfəri mülki şəxslərdir (9 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil). Mülki şəxslərdən 47 nəfəri uşaq (16 nəfər azyaşlı qız), 268 nəfəri qadın, 371 nəfəri yaşlılardır. Əsir, itkin düşmüş 4354 nəfərdən 783 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olub. Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 550 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblrdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104-ü qadın, 446-ı kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir.


Tarix: 27.01.2015 / 15:41 Müəllif: Feriska Baxılıb: 43 Bölmə: Azərbaycanın müharibələri‎
loading...