Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rəfael Əsədov (milli qəhrəman)

Həyatı
27 oktyabr 1952-ci ildə Gəncə şəhərində dünyaya göz açmışdır. 1969-cu ildə orta məktəbi bitirdikdən sonra Tbilisi Ali Artilleriya Məktəbinə daxil olmuşdur. O, 1973-cü ildə hərbi məktəbi bitirərək, təhsilini Sankt-Peterburq Hərbi Artilleriya Akademiyasında davam etdirmişdir. Təhsilini başa vurduqdan sonra SSRİ Silahlı Qüvvələrinin tərkibində Macarıstan, Vyetnam, Əfqanıstanda qulluq etmişdir.

Döyüşlərdə iştirakı
1991-ci ildən Rəfael Əsədov Ağdam, Goranboy, Tovuz, Gədəbəy bölgələrində hərbi əməliyyatların təşkilatçısı, fəal iştirakçısı olmuşdur. Cəsur komandir 12 noyabr 1992-ci ildə Ağstafa bölgəsində əməliyyata hazırlıq zamanı döyüş mövqelərinə nəzarət edərkən, yaxınlıqda partlayan mərmi qəlpələrindən həlak olmuşdur.

Ailəsi
Evli idi. İki övladı var.

Milli Qəhrəman
Azərbaycan Respublikasıprezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı polkovnik Əsədov Rəfael Əvəz oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.


Tarix: 27.01.2015 / 14:37 Müəllif: Feriska Baxılıb: 38 Bölmə: Azərbaycanın müharibələri‎
loading...