Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rizvan Hümbətov

Həyatı
1 yanvar 1954-cü ildə Laçın rayonunun Güləbird kəndində doğulmuşdur[1]. 1971-ci ildə Güləbird kənd orta məktəbini bitirdikdən sonra Bərdə rayonunda sürücülük peşəsinə yiyələnmişdir. Hərbi xidmətini 1975-ci ildə başa vuraraq Laçın rayon avtobazasında sürücü kimi fəaliyyətə başlamışdır. 1991-ci ildə Laçın rayonunun könüllü özünümüdafiə dəstəsinə qoşulmuşdur. Rota komandiri Rizvan Hümbətov Malxələf, Susuzdağ, Qızartı, Koridor və digər döyüşlərdə xüsusi fərqlənmişdir. 8 oktyabr 1992-ci ildə Güləbirdə soxulmuş qulduların qovulmasında və 822 saylı düşmən tankının ələ keçirilməsində onun əvəzsiz rolu olmuşdur.

1992-ci il oktyabrın 31-də Səfiyan kəndi istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. Sumqayıt şəhəri Şəhidlər xiyabanında dəfn edilmişdir. Ailəli idi. Üç övladı yadigar qalmışdır.

Təltifi
Azərbaycan Respublikasının Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında öz xidməti vəzifəsini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusilə fərqlənmiş çavuş Hümbətov Rizvan Humay oğlu (ölümündən sonra) “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir. 1997-ci ildə Güləbird kənd tam orta məktəbinə Rizvan Hümbətovun adı verilmişdir.


Tarix: 27.01.2015 / 14:36 Müəllif: Feriska Baxılıb: 41 Bölmə: Azərbaycanın müharibələri‎
loading...