Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ələkbər Eyvazov

Həyatı
Eyvazov Ələkbər Almaxan oğlu 1973-cü il fevralın 2-də anadan olub. Əslən Yardımlı rayonunun Bozarlı kəndindəndirlər. Ailədə ikinci uşaq idi. Anasının adı Əminədir. Sonralar Ələkbər 275 saylı məktəbdə təhsil aldı.

1992-ci ilin may ayının 21-də Bakı şəhəri Suraxanı RHK-dan hərbi xidmətə çağırıldı. 702-ci hərbi hissənin avtomatçısı idi. İyun ayında Qaraxanlı kəndinə yollandı. Qacar Veysəlli kəndinin müdafiəsi uğrunda qərəmancasına döyüşdü. Son döyüş mövqeyi isə Alıxanlı kəndi oldu. Burada qardaşı Nəsiblə bir yerdə vuruşub. Nəsib topçu, Ələkbər isə avtomatçı idi.

10 yanvar 1993-cü ildə Füzuli rayonunun Alıxanlı kəndi uğrunda gedən döyüşlərin birində Ələkbər ağır yaralandı. Qardaşı Nəsib onu döyüş zonasından çıxara bildi, lakin gec idi. Artıq Ələkbərin məsum gözləri bu dünyaya əbədi olaraq yumulmuşdur.

Ələkbər Eyvazov Şəhidlər xiyabanında dəfn edilmişdir. Yeni Günəşli qəsəbəsində adına 275 saylı orta məktəb var.


Tarix: 27.01.2015 / 13:50 Müəllif: Feriska Baxılıb: 47 Bölmə: Azərbaycanın müharibələri‎
loading...