Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İsgəndər Aznaurov

Həyatı
İsgəndər Aznaurov 16 avqust, 1956-cı ildə Özbəkistan Respublikası Buxara vilayətində dünyaya gəlmişdir. Əslən Ahısqa türküdür. 1963-cü ildə burada məktəbə getmiş 1973-cü ildə həmin məktəbi bitirmişdir. 1978-ci ildə Daşkənd İrriqasiya İnstituna daxil olmuşdur. 1983-cü ildə ali təhsilini başa vurur.

1989-cu ildə Özbəkistanın Fərqanə vadisindəki qanlı olaylardan sonra İsgəndər də yüzminlərlə Ahısqalı kimi oranı tərk etməyə məcbur olmuş və 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycana Şəmkir rayonunun Kür qəsəbəsinə köçmüşdür. O, burada cihazqayırma zavodunda işləyib.

Döyüşlərdə iştirakı
Erməni faşistlərinin ata-babalarımızdan yadigar torpaqlarımıza basqınları İsgəndəri narahat edir və o Milli Ordu sıralarına könüllü yazılır. İsgəndəri "N" saylı hərbi hissənin artilleriya üzrə komandir müavini təyin edirlər.“Topçu İsgəndər” kimi tanınan İ.Aznaurov Başkəndin erməni quldurlarından təmizlənməsində, “Mutudərə”, “Ərdağı”, “Kaftar qayası”, “Ləzgi daşı” əməliyyatlarında xeyli düşmən texnikası,canlı qüvvəsini məhv etmişdir. Şınıx bölgəsində gedən döyüşlərdə o düşmənin demək olar bütün silah sursatını sərrast atəşlərlə sıradan çıxarır. 18 aprel 1993-cü il igid döyüşçü yenidən döyüşə girir və bu döyüşdə qəhrəmancasına həlak olur.

Ailəsi
Evli idi. Üç qızı həyatda yadigar qalıb.

Milli Qəhrəman
Azərbaycan Respubliksı prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə baş leytenant Aznaurov İsgəndər Söhrab oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Bakının Şəhidlər xiyabanında dəfn edilmişdir.

Xatirəsi
Onun adına Şınıxda "İsgəndər qalası" var.
Kür qəsəbəsindəki 1 saylı məktəb onun adını daşıyır.
2013-cü ildə onunla yanaşı Gədəbəy rayonundan olan digər üç Milli Qəhrəman - Məzahir Rüstəmov, İlham Əliyev və Aytəkin Məmmədovun həyat və döyüş yollarından bəhs edən "Alınmaz qalanın qəhrəmanları" sənədli-bədii filmi çəkilmişdir


Tarix: 27.01.2015 / 13:49 Müəllif: Feriska Baxılıb: 101 Bölmə: Azərbaycanın müharibələri‎
loading...