Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir ovuc torpaqdır yarama məlhəm (kitab)

Vüqar Əsgərov və Ötərxan Eltacın birgə qələmə aldıqları “Bir ovuc torpaqdır yarama məlhəm” kitabının redaktoru filologiya üzrə fəlsəfə doktoru Esmira Fuaddır. Kitab 2012-ci ildə “Apastroff” nəşriyyatında nəşrə hazırlanıb və çap edilmişdir (ISBN 978995244713).

144 səhifəlik “Bir ovuc torpaqdır yarama məlhəm” kitabı Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Sabir Əvəz oğlu Səmədovun xatirəsinə həsr edilmişdir. Kitabda ailəsinin, döyüş yoldaşlarının xatirələri yer almış, onun keçdiyi döyüş yolu haqqında oxuculara geniş məlumat verilir.

2012-ci il may ayının 15-də Cəbrayıl qaçqınlarının məskunlaşdığı Beşinci qəsəbənin klubunda kitabın təntənəli təqdimat mərasimi keçirilmişdir. Tədbirin aparıcısı Sədaqət Ağayev olmuşdur. Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev, Xatirə Kitabı Redaksiyasının şöbə müdiri Kamil İsmayılov və digər ziyalılar da iştirak etmişdir.


Tarix: 27.01.2015 / 13:28 Müəllif: Feriska Baxılıb: 50 Bölmə: Azərbaycanın müharibələri‎
loading...