Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nazim Babayev (milli qəhrəman)

Həyatı
Nazim Babayev 7 fevral 1975-ci ildə Salyan rayonunda anadan olmuşdur. 1992-ci ildə kənd orta məktəbini bitirir. 1993-cü ildə Milli Orduya çağırılır.

Döyüşlərdə iştirakı
Nazim Babayev torpaqlarımız uğrunda gedən döyüşlərdə iştirak etmək üçün cəbhəyə yollanır. Nazim Füzuli, Tərtər bölgəsində vuruşurdu. 1995-ci il mart hadisələri zamanı gənc Nazim silahlı dəstələrin tərksilah edilməsində iştirak edirdi və 15 mart 1995-ci il qardaş gülləsindən həlak oldu.

Milli Qəhrəman
Subay idi.

Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Babayev Nazim Abbas oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Salyan rayonu Qaraçala kənd qəbristanlığında dəfn edilmişdir.

Salyan şəhərindəki mərkəzi parkda büstü qoyulmuşdur.


Tarix: 27.01.2015 / 12:36 Müəllif: Feriska Baxılıb: 57 Bölmə: Azərbaycanın müharibələri‎
loading...