Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müşfiq Kərimov (şəhid)

Həyatı
Kərimov Müşfiq Bəhmən oğlu 2 iyul 1971-ci ildə Laçın rayonunun Suarası kəndində doğulmuşdur[1]. Suarası kənd ibtidai məktəbini, 1988-ci ildə isə Səfiyan kənd orta məktəbini bitirmişdir. Sonra kolxozda işləmişdir. 9 iyul 1990-cı ildə ordu sıralarına çağırılmış və Sverdlovsk vilayətində hərbi xidmət keçmişdir. Hərbi xidmətdən tərxis olunduqdan sonra Müşfiq 1992-ci ildə Laçın rayonuna qayıdaraq DİŞ-in polis batalyonunda post-patrul xidmətinin sıravi heyətinə işə qəbul edilmişdir. O, Səfiyan, Suarası, Xanalılar, Fərəcan, Güləbird kəndlərinin müdafiəsində və Daşkəsən rayonunda gedən döyüşlərdə iştirak etmişdir. 1993-cü ildə Laçın polisləri Füzuli rayonuna göndərilmişdir. Rayonun Horadiz, Yağlıvənd, Böyük Bəhmənli kəndləri uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq göstərmişdir. Baş serjant 1994-cü il yanvarın 17-də Füzuli rayonunun Horadiz kəndi uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Sumqayıt şəhəri Şəhidlər xiyabanında dəfn edilmişdir. Subay idi[2].

Təltifi
Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2009-cu il tarixli 364 saylı sərəncamı ilə ictimai asayişin təmin olunmasında, hüquq qaydasının möhkəmləndirilməsində, cinayətkarlığa qarşı mübarizədə, xidməti vəzifələrin və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə Azərbaycan polisi günü münasibətilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı, polis baş serjantı Kərimov Müşfiq Bəhmən oğlu (ölümündən sonra) “İgidliyə görə” medalı ilə təltif edilmişdir.


Tarix: 26.01.2015 / 19:07 Müəllif: Feriska Baxılıb: 49 Bölmə: Azərbaycanın müharibələri‎
loading...