Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elşad Əhədov

Həyatı
4 mart 1968-ci ildə Masallı rayonunun Təzə Alvadı kəndində dünyaya gəlmişdir. Orta məktəbi burada oxumuş, Naxçıvanski adına Hərbi litseyə daxil olmuşdur. Sonra Ukraynanın Kamenets-Podolsk Ali komandirlər məktəbinin tələbəsi olmuşdur. 1989-cu ildə Volqoqrad hərbi hissələrindən birinə rota komandiri təyin edilir.

Döyüşlərdə iştirakı
Vətənə dönən Elşad əvvəlcə Bakının Güzdək qəsəbəsində, sonra Lənkəran rayonunda rota komandiri kimi fəaliyyət göstərir. Erməni işğalçılarının hücumu zamanı Füzulidə, Aşağı Veysəllidə, Şişqayada və digər döyüş bölgələrində vuruşmuşdur. Son döyüşü Ağdaş yüksəkliyi uğrunda olur, 11 dekabr 1993-cü il Ağdaş yüksəkliyi uğrunda gedən döyüşdə o, mərdliklə həlak olur.

Ailəsi
Ailəli idi.İki uşağı yadigar qalıb.

Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 14 dekabr 1993-cü il tarixli fərmanı ilə Əhədov Elşad Saday oğlu ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmiş, 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Təzə Alvadı kəndində dəfn edilmişdir.

Təzə Alvadı kənd orta məktəbi və parkı qəhrəmanın adını daşıyır.


Tarix: 26.01.2015 / 18:37 Müəllif: Feriska Baxılıb: 60 Bölmə: Azərbaycanın müharibələri‎
loading...