Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əli Eyvazov (pedaqoq) - Fəaliyyəti

Fəaliyyəti
Əli Eyvazov Ağdamın Sarcalı (Çəmənli) kənd məktəbində tarix müəllimi işləmiş, həmin məktəbin direktoru olmuşdur. Əli Eyvazov 15 ilə yaxın Ağdam Xalq Maarif Şöbəsinin, 10 ilə yaxın Jdanov (Beyləqan) Maarif Şöbəsinin müdiri olmuşdur. O, fasiləsiz olaraq 25 ilədək müddətdə Ağdam 2 saylı beynəlmiləl orta məktəbinə rəhbərlik etmişdir.

Moskvada şəxsən M.İ.Kalinin təqdimatı ilə Azərbaycan üzrə ilk "Qırmızı Əmək Bayrağı Ordeni" ilə təltif edilmişdir (1934). O, Ağdam və Jdanov rayonlarında partiya komitələrinin büro üzvü,rayon icraiyyə komitələri rəyasət heyətinin üzvü olmuşdur.

Əli Eyvazov müxtəlif medallarla təltif edilmiş, "Qabaqcıl maarif xadimi" adına layiq görülmüşdür.

Əli Eyvazov 1989-cu ildə Ağdamda vəfat etmişdir.

Əli Eyvazov Azərbaycan üzrə ilk orden alan müəllimdir.


Tarix: 24.01.2015 / 16:47 Müəllif: Feriska Baxılıb: 21 Bölmə: Azərbaycanın müharibələri‎
loading...