Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mübariz Əhmədov (milli qəhrəman) - Döyüşlərdə iştirakı

Döyüşlərdə iştirakı
Mübariz Ağdamda rota komandiri olaraq döyüşlərə girir. Daha sonra isə Dovşanlı, Qazançı, Əsgəran, Pircamal, Aranzəmin, Xanabad, Şuşa və digər kənd və şəhərlərimiz uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə adı dilləri gəzdi. 1991-ci ildə Müdafiə Nazirliyi ona Türkiyədə hərbi təhsil almağı tövsiyə edir, lakin vətəninə dövlətçiliyimizə, xalqına bağlı olan Mübariz döyüşməyi üstün tutur. Onun son döyüşü 24 sentyabr 1992-ci il oldu, Abdal-Gülablı kəndini erməni faşist dəstələrindən təmizləmək lazım idi əks hücuma keçən döyüşçülərimiz qələbə əzmi ilə irəliləyirdilər lakin qəfil partlayan mərmi Mübarizi yerə sərdi onu döyüş zonasından uzaqlaşdırmaq mümkün olsada həyata qaytarmaq mümkün olmur cəsur komandir gözlərini əbədi yumur.

Ailəsi
Subay idi.

Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Əhmədov Mübariz Əlizadə oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Sabirabad rayonunun Qaratəpə kəndindəki Şəhidlər xiyabanında dəfn edilmişdir. Sabirabad rayonunda büstü qoyulmuşdu


Tarix: 24.01.2015 / 16:32 Müəllif: Feriska Baxılıb: 22 Bölmə: Azərbaycanın müharibələri‎
loading...