Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəylər Məmmədov

Həyatı
Məmmədov Bəylər Eldar oğlu 1971-ci il martın 13-də Göyçə mahalının Ağkilsə kəndində anadan olub. 1988-ci ilin dekabrında erməni təcavüzü nəticəsində elindən–obasından didərgin düşüb. 1992-ci ilin aprel ayının 1-də Daşkəsən RHK-dan könüllü olaraq Milli Ordu sıralarına yollanıb. 1993-cü il fevralın 18-də Qarabağda Ağdam rayonunun Aterk kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Gəncə şəhərindəki şəhidlər xiyabanında dəfn olunub.

Ölümündən sonra 9 oktyabr 1994-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən Məmmədov Bəylər Eldar oğlu “Hərbi xidmətlərinə görə” medalı ilə təltif edilib


Tarix: 24.01.2015 / 16:24 Müəllif: Feriska Baxılıb: 55 Bölmə: Azərbaycanın müharibələri‎
loading...