Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zəminə Dünyamalıyeva

Həyatı
Zəminə Dünyamalıyeva 1957-ci ildə Ağdamda anadan olub. Zəminə xanım uzun illər siyasət meydanında təcrübə toplamış, deputatlığa qədər yüksələ bilmiş siyasilərdəndir.

Siyasi fəaliyyətə 1986-cı ildən atılan Zəminə xanım əvvəl gizli siyasi təşkilatlarda yer alıb, 1988-ci ildən isə açıq şəkildə hərəkata qoşulub.

Onun siyasi həyatda parlaması Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün apardığı siyasi fəaliyyətlə başlayıb. Belə ki, Zəminə xanım YAP-ın Ağdam rayon təşkilatını qurub və onun ilk sədri seçilib.

1995-ci ildə keçirilən parlament seçkisində YAP-ın siyahısında yer alıb və deputat mandatı qazanıb. 1999-cu ilə qədər YAP-ın deputatı kimi fəaliyyət göstərib.

Zəminə xanım 1999-cu ildən sonra YAP-dan istefa edərək ADP-yə keçib.

2007-ci ildən siyasi fəaliyyətini ACP-də davam etdirir.


Tarix: 23.01.2015 / 18:52 Müəllif: Feriska Baxılıb: 51 Bölmə: Azərbaycanın müharibələri‎
loading...