Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Valeh Baxşəliyev

Həyatı
Valeh Baxşəliyev 1959-cu ildə Ağdam rayonunda anadan olmuşdur. 1975-ci ildə Mərzili kənd orta məktəbini bitirib Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsinə daxil olmuş, 1980-ci ildə oranı bitirərək 1980-1983-cü illərdə Bakıda "NORD" elmi tədqiqat institutunda mühəndis-konstruktor işləmişdir. 1983- 1985-ci illərdə Azərbaycan Texniki Universitetinin (AzTU) aspiranturasında təhsil almışdır. 1987-ci ildə texnika elmləri namizədi və 2007-ci ildə texnika elmləri doktoru elmi dərəcələrini almışdır.

1985-ci ildən indiyədək AzTU-nun "Nəzəri Mexanika" kafedrasında assistent, baş müəllim, dosent və professor vəzifələrində çalışmış, orada Nəzəri və Tətbiqi Mexanika fənnlərini, həmçinin 2003-cü ildən Azərbaycan Dövlət Neft Akademiyası nəzdində ABŞ -ın Corciya Dövlət Universitetinin BBA və MBA proqramları çərçivəsində ingilis dilində Texniki mexanika, Materiallar müqaviməti və Maşın hissələri fənnlərini tədris etmişdir [[1]].

Avropa Komissiyası Tədqiqat və Texnoloji İnkişaf üzrə 7-ci Çərçivə Proqramı (FP7,BSERANET,2011) hüdudlarında Qafqaz ölkələrindən yeganə qalib Layihənin Elmi Konsorsiumunun (Almaniya, Türkiyə, Gürcüstan, Azərbaycan) rəhbəri olmuşdur.


Tarix: 23.01.2015 / 18:32 Müəllif: Feriska Baxılıb: 37 Bölmə: Azərbaycanın müharibələri‎
loading...