Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səməd Qurbanov (şəhid)

Həyatı
Səməd Qurbanov 1974-ci il sentyabrın 20-də Quzanlı kəndində anadan olub. 1991-ci ildə kənd orta məktəbini bitirəndən sonra bir neçə ay kolxozda çalışıb.

6 oktyabr 1992-ci ildə Azərbaycan ordusunda həqiqi hərbi xidmətə çağrılıb. Üç aya yaxın Bakıda respublika DİN daxili qoşunlarının tərkibində qulluq edib, hərbi təlim keçib.

1993-cü il yanvarın 8-də Səmədgilin bataliyonu Ağdama ezam olunur və bundan cəmisi iki gündən sonra,yanvarın 10-da Fərrux dağının müdafiəsinə göndərilir. Yanvarın 30-da Ağdərə təxribatçı qüvvələrin geriləməsindən sonra batalyon komandanlıq tərəfindən oraya ezam edilir və bir sıra uğurlu əməliyyatlar aparır. Onlar bir- birinin ardınca fevralın 6-dan 8-dək Mehmanə uğrunda döyüşlərdə,fevralın 9-da və 10-da isə Drambon uğrunda döyüşlərdə iştirak edirlər.

Fevralın 11-də Koçaqot yüksəkliyini düşməndən geri alırlar,ancaq əlavə sursat qüvvə gəlmədiyindən mühasirəyə düşürlər. Fevralın 12-də səhər saat doqquzun yarısınadək ,yəni sursat və güllələr tam tükənənədək müdafiə olunurlar. Bu döyüşdə iştirak edən 275 nəfərdən yalnız 91-i mühasirədən çıxa bilir. Deyilənə görə Səməd yaralı dostu Rafiqi atəş nöqtəsindən uzaqlaşdırmaq istərkən snayper gülləsilə həlak olub.


Tarix: 23.01.2015 / 18:15 Müəllif: Feriska Baxılıb: 45 Bölmə: Azərbaycanın müharibələri‎
loading...