Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Süleyman Zeynalov

Həyatı
Süleyman Məhərrəm oğlu Zeynalov 1924-cü ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, bir müddət Əlimədədli, Xaçındərbənd kənd məktəblərində müəllim,dərs hissə müdiri işləmiş,sonra orduya səfərbərliyə alınaraq Böyük Vətən müharibəsində iştirak etmiş,müharibədən qayıtdıqdan sonra Azərbaycan Pedaqoji İnstitutunun tarix fakultəsinin qiyabi şöbəsinə qəbul olmuş və 1951-ci ildə həmin fakultəni bitirmişdir.

Süleyman Zeynalov Ağdamda çıxan "Lenin yolu" qəzetinə redaktor təyin olunmuş, sonra o,rayon partiya komitəsinin ikinci katibi,rayon icrayyə komitəsinin sədri kimi fəaliyyət göstərmişdir.

O,1960-74-cü illərdə Ağdam şəhər 1 nömrəli orta məktəbdə çalışmış,1964-cü ildə dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır.

Süleyman Zeynalov 1970-ci ildə Xankəndində açılmış pedaqoji instituta dəvət olunmuş, 1974-cü ildən ömrünün sonuna kimi orada müəllim işləmiş,tarix fakultəsinin dekanı olmuşdur.

O,təlim-tərbiyə problemləri, məktəbə rəhbərlik və nəzarət məsələlərinə dair 19 kitabın,500-dən çox məqalənin müəllifidir.

Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun elmi müxbiri olan Süleyman Zeynalovun əməyi dövrünün dövləti tərəfindən yüksək qiymətləndirilmişdir.O,"Qırmızı Əmək Bayrağı"ordeni,"SSRİ-nin maarif əlaçısı","Qabaqçıl maarif xadimi" döş nişanları,"1941-1945-ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyə görə","Əmək veteranı" medalları ilə təltif olunmuşdur."Qabaqçıl ali məktəb işçisi"döş nişanına layiq görülmüşdür.

İstedadlı alim Süleyman Zeynalov 1994-cü il sentyab ayının 13-də vəfat etmişdir.


Tarix: 23.01.2015 / 18:13 Müəllif: Feriska Baxılıb: 90 Bölmə: Azərbaycanın müharibələri‎
loading...