Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rafiq Hüseynov (şəhid)

Həyatı
Hüseynov Rafiq Əşrəf oğlu 1973-cü ildə Ağdam rayonunun Quzanlı kəndində anadan olub. Quzanlı kənd orta məktəbinin səkkizinci sinfini bitirib, Ağdam Kənd Təsərrüfatının Mexanikləşdirməsi Texnikumuna daxil olmuşdur. Texnikumu qurtardıqdan sonra kolxozda mexanizator işləyib.

1992-ci ilin 5 oktyabrında könüllü olaraq orduya gedir. Bir müddət Daxili Qoşunlarda xidmət edir. Bir müddətdən sonra döyüşə göndərilməsini xahiş edir. Ağdərə, Drımbon, Koçaqat döyüşlərində əsl igidlik göstərir.

12 fevral 1993-cü il tarixdə Koçaqot yüksəkliyində mühasirəyə düşür. Yaralı döyüşçülərdən biri sürünüb aşağıdakı çaydan su içmək istərkən, ağacda gizlənmiş düşmən snayperi onu vururş. Düşmən snayperini görən Rafiq onu sərras atəşlə susdurur. Yoldaşlarını mühasirədən çıxarmağa çalışan Rafiq hər tərəfdən atəşə tutulur. Aldığı güllə yarasından həlak olur.


Tarix: 23.01.2015 / 17:56 Müəllif: Feriska Baxılıb: 45 Bölmə: Azərbaycanın müharibələri‎
loading...