Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Natiq Cavadov - Elmi fəaliyyəti

Natiq Cavadov 1997-ci ildə texnika elmləri namizədi, 2007-ci ildə texnika elmləri doktoru elmi adlarını almışdır. 2008-ci ildən Azərbaycan Texniki Universitetinin professoru, həmçinin Beynəlxalq Ekologiya və Təbiətdən İstifadə Akademiyasının akademikidir. 2003-cü ildən Beynəlxalq Mühəndislik Akademiyasının, 2006-cı ildən isə Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvüdür.

2009-cu ildən "Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri" elmi-texniki jurnalının, 2011-ci ildən isə Moskvada nəşr edilən "Neft sənayesində avtomatlaşdırma, telemexanika və rabitə" elmi-texniki jurnalının redaksiya heyətinin üzvüdür. 2011-ci ildə Azərbaycan Mühəndislik Akademiyasının Nəzarət Təftiş Komissiyasının sədri seçilmişdir. 2011-ci ildə Beynəlxalq Mühəndislik Akademiyasının "Mühəndislik şöhrəti" medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının texnika elmləri üzrə Ekspert Şurasının üzvüdür.

200-dən artıq elmi məqalənin, o cümlədən 5 monoqrafiya, 1 dərslik, 5 müəlliflik şəhadətnaməsinin müəllifidir. 90-dan çox elmi məqaləsi xarici ölkələrdə - İspaniya, Yunanıstan, İran, Türkiyə, Rumıniya, Rusiya, Belarus, Ukrayna, Avstriya və Latviyada çap edilmişdir.


Tarix: 23.01.2015 / 17:51 Müəllif: Feriska Baxılıb: 31 Bölmə: Azərbaycanın müharibələri‎
loading...