Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

P hərfi ilə başlayan
P hərfi ilə başlayan

Padşah uzaqda, allah yuxarıda, kimə deyəsən dərdini?!
Padşah xəzinəsi də altı şahılıq qıfıla möhtacdır.
Padşahın ayağı dəyən yerdə yeddi il ot bitməz.
Padşahın da dalınca danışarlar.
Padşahın da rəiyyətə işi düşər.
Padşahın söhbətinin əvvəli – dirilik, axırı – ölüm.
Pay bölənə pay qalmaz.
Pay bölənin yüzdə biri cənnətə gedər.
Pay verdi, dalınca gəldi.
Pay dolu gələr, dolu gedər.
Pay payı döyər, çıxardar.
Pay paylayan payından olar.
Paydan pay ummazlar.
Paydan uman pay verməz.
Payın qabağı pay olar.
Payın cənnətdə.
Payını yalqız yeyən payını dişi ilə tutar.
Payını payımın üstə qoy, ya altından ye, ya üstündən.
Payız camışı qaçağan olar.
Payızın suyu kasıbın boğazına təngdir.
Palaza bürün, el ilə sürün.
Palan–palan, mənə də palan?!
Palçığa batan arabanı öküz çıxardar.
Papaq elə-işimizi bilək.
Papaq isti-soyuq üçün deyil, namus üçündür.
Papaq altında igidlər yatar.
Papaqçının könlü olsa, bir dəridən doqquz papaq tikər.
Papaqçının papağı yırtıq olar.
Papaqçının papağı olmaz.
Papağı tülkü dərisindən, xəbəri yox gerisindən.
Papağımız günə yandı.
Papağın yerə girsin.
Papağını qoy qabağına, fikirləş.
Pul əl çirkidir.


Tarix: 10.08.2015 / 12:30 Müəllif: Akhundoff Baxılıb: 516 Bölmə: Atalar Sözləri
loading...