Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ü hərfi ilə başlayanlar
Ü hərfi ilə başlayanlar

Ürək dənizdən dərindir.
Ümid həyatın sərmayəsidir.
Ümidsiz yaşamazlar.
Ürək ki var şüşədir, sındırarsan kim yamar?!
Ürək götürməyəni, əl götürməz.
Ürək yanar, göz yaşarar.
Ürək yanmasa, gözdən yaş çıxmaz.
Ürəkdən ürəyə yol var.
Üstü bəzək, altı təzək.
Üstümü unlu görüb, adımı dəyirmançı çağırma.
Üz döndü, göz döndü.
Üz göstərsən qohumluq iddiası edər.
Üz ürəyin güzgüsüdür.
Üz üzdən utanar.
Üz verilən yerdən ərinmə, üz verilməyən yerdə görünmə.
Üz vermə, astar da istər.
Üzrü günahından artıq.
Üzük tanınar qaşı ilə, qız - qardaşı ilə.
Üzünü xalqa çevirənin arxası mökkəm olar.


Tarix: 06.08.2015 / 12:57 Müəllif: Akhundoff Baxılıb: 479 Bölmə: Atalar Sözləri
loading...