Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nikolay Kryukov (II)

Nikolay Nikolayeviç Kryukov (rus. Николай Николаевич Крюков) — rus aktyoru, Rusiyanın əməkdar artisti (1991).

Həyatı

Nikolay Kryukov 1915-ci ildə Tver quberniyasında anadan olmuşdur. Bir müddət "Sevkabel" zavodunda çalışmışdır. 1935-ci ildə M.Qorki adına Leninqrad Böyük dram teatrı studiyasını bitirmişdir. Leninqrad, Tbilisi, Riqa kimi şəhərlərin teatrlarında müxtəlif həcmli rollar ifa etmişdir. 1958-ci ildən "Lenfilm" kinostudiyasının aktyoru kimi çalışmağa başlamışdır.

Nikolay Nikolayeviç Kryukov 1993-cü ildə Sankt-Peterburqda vəfat etmişdir.

Filmoqrafiya
Sonuncu qarış (film, 1958)


Tarix: 07.02.2013 / 20:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 132 Bölmə: Aktyorlar
loading...