Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Natan Styüart-Carret

Natan Styüart-Carret (ing. Nathan Stewart-Jarrett, d. 1985, Vandsvorf, Böyük Britaniya) — Böyük Britaniya aktyoru, Misfits serialında Curtis roluna görə tanınır.

Karyerası

Natan 1985-ci ildə anadan olub. Gənc yaşlarında incəsənət ilə maraqlanıb. Daha sonradan akytorluq ilə məşğul olmağa başlayıb. 2006-cı ildə London şəhərində yerləşən Nitq və Drama Mərkəzi Məktəbi universitetinin məzunu olub. Bundan sonrakı illərdə teatrlarda çalışıb. 2007-ci ildə televiziyada ilk rolunu BBC One telekanalında yayımlanan Casuality verilişində alıb. Daha sonradan daha bir neçə verilişdə işləyən Natan 2009-cu ildə Misfits serialında çəkilməyə başlayır. Bu serialda on Curtis adlı obrazı canlandırır. 2010-cu ildə Natan Styüart-Carret Misfits serialının digər aktyorları: Robert Şien, İvan Reon, Antonia Tomas və Lauren Soşa ilə birlikdə BAFTA (British Academy of Film and Television Arts) mükafatına layiq görülür. Hal-hazırda Natan Misfits serialının dördüncü mövsümünün çəkilişlərində iştirak edir.


Tarix: 07.02.2013 / 19:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 107 Bölmə: Aktyorlar
loading...