Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ələkbər Əliyev (II)

Ələkbər Əliyev - AktyorMündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Mənbə
4 Həmçinin bax


Həyatı

Əliyev Ələkbər Həsən oğlu 1957-ci ildə anadan olub. 1980-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyoru fakültəsini bitirib, elə həmin il təyinatla Musiqili Komediya Teatrına gəlib.

Gözəl səs tembrinə, yüksək səhnə mədəniyyətinə malik olan Ə.Əliyev elə ilk addımlarından teatr ictimayətinin nəzərini cəlb edib.

İşlədiyi müddətdə bir sıra maraqlı obrazlar silsiləsi yaradan Ə.Əliyev "Nəğməli Könül"də Ramazan, "O olmasın, bu olsun"da Sərvər, "Arşın mal alan"da Vəli, "Gözün aydın"da Alay, "Subaylarınızdan görəsiniz"də Fəğan, "Hicran"da Dadaşbala, "Bəbirlinin kələkləri"ndə Arif, "Beşmanatlıq gəlin"də Qiyas, "Dəli dünya"da Fərəc, "Səhnədə məhəbbət"də Ayxan, "Məhəbbət oyunu"nda Camal və s. obrazları orjinallığı və dəqiq ifa tərzi ilə böyük tamaşaçı rəğbətini qazanıb.

Onun eyni zamanda televiziyada, qastrol səfərlərində ifa etdiyi obrazlar aktyorun təbii istedadından, tükənməz yaradıcılıq potensialından xəbər verir.

Filmoqrafiya
Zəncirbənd (film-tamaşa)


Tarix: 06.02.2013 / 20:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 152 Bölmə: Aktyorlar
loading...