Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əkbər Əlizadə

Əlizadə Əkbər Müzəffər oğlu – aktyor, aparıcı.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Mənbə
4 Həmçinin bax


Həyatı

Əkbər Əlizadə 23 may 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram teatr və kino fakültəsinin aktyor ixtisasına yiyələnmişdir. 2000-ci lidə həmin universitetin magistratura şöbəsinin teatrşünaslıq ixtisasını bitirmişdir. 2000-2001-ci illərdə Daxili Qoşunlarda hərbi xidmətdə olmuşdur. 1994-cü ildən Universitetin I Kursundan Azərbaycan Dövlət Musiqili Komediya Teatrına aktyor vəzifəsinə daxil olmuşdur.

İşlədiyi müddət ərzində R.Mustafayev, C.Məmmədov "Məsmə xala dayımdır"da Elgün, İ.Kalman "Tsıqan premyer"də Muştard, F.Leqar "Vesyolaya vdova"da Sen De Brioş, Q.Qarayev "Neistovıy Qaskonets"də Qasqoniyalı, Ü.Hacıbəyov "O olmasın, bu olsun"da İntiliget Həsən, S.Fərəcov, R.N.Güntəkin "Bir günlük siğə"də Xəlil, E.Sabioğlu, T.Vəliyeva "Bankir adaxlı"da Balakişi, V.Adıgözəlov, Anar "Aldın payını, çağır dayını"da Tərgəldi, O.Rəcəbov, A.Babayev "Əlin cibində olsun"da Xankişi, R.Əkbər. "Bəydullanın möhtəşəm toyu"nda tamada, C.Quliyev, Ə.Əmirli "İtgin ər"də Zəkə, R.Mirişli,M.Haqverdiyev, "Qısqanc ürəklər"də Əjdər, F.Sücəddinov,T.Vəliyeva,"Mən dəyərəm min cavana"da Rza obrazları ilə yanaşı, 1997-ci ildə Akademik Milli Dram Teatrında S.Vurğunun "Fərhad və Şirin" tamaşasında Şiruyyə rolunu oynamışdır.

1994-2000-ci ilə qədər xalq artisti Cənnət Səlimovanın rəhbərlik etdiyi Bakı Kamera teatrında aktyor kimi çalişıb.

1995-ci ildən Dövlət səviyyəli konsert və tədbirlərin fəal aparıcısıdır. 2000-2006-cı illərdə Dövlət Filarmoniyasında da aparıcı vəzifəsində çalışıb.

2003-cü ildə Space kanalında "Meloman" verilişinin, 2006-2007-ci illərdə Azəristar müsabiqəsinin aparıcısı olub.

2006-cı ildən "Planet parni iz Baku" KVN teatrının aktyoru, həm də aparıcısıdır.

2008-ci ildə Xəzər kanalında "Gülüş ulduzu" müsabiqəsinin və "komediya səhnəsi" verilişinin aparıcısı olub.

2008-ci ildə Prezident mükafatına layiq görülüb.

2009-cu ildə Əməkdar artist fəxri adına layiq görülüb.

2011-ci il yanvar ayından "Space" MTRŞ-nin "Hər səhər" proqramının aparıcısıdır. Eyni zamanda "Xəzər" televiziyasinin istehsal etdiyi "Qaynana" teleserialinda çəkilir.

Evlidir. 2 övladı var.

Filmoqrafiya
Mənim ömür nəğmələrim (film, 2003)
Yumurta (film, 2003)
Mükafat (film, 2004)
Kişiləri qoruyun (film, 2006)
Komediya səhnəsi (veriliş, 2009)
Qayınana (film, 2011)
Vəkil hanı? (film, 2011)
Üç bacı


Tarix: 06.02.2013 / 20:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 599 Bölmə: Aktyorlar
loading...