Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əjdər Həmidov

Həmidov Əjdər Qüdrət oğlu – Azərbaycan aktyoru.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Mənbə
4 Həmçinin bax


Həyatı

Əjdər Həmidov 14 avqust 1953-cü ildə Şabran rayonunun (keçmiş Dəvəçi rayonun) Aygünlü kəndində anadan olmuşdur. 1979-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Təyinatla Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndərilən Ə.Həmidov bu teatrın səhnəsində bir sıra maraqlı rollar oynamışdır.

Onun Vəzir ("Lənkəran xanının vəziri" M.F.Axundov), ("Tamahkar" S.S.Axundov), Milis ("Bəxt üzüyü" V.Səmədoğlu), Məlik ("Adamın adamı" Anar), Sərsəri ("Bütün Şərq bilsin" N.Həsənzadə), Dursunəli ("Dursunəli və ballıbadı" S.M.Qənizadə) və s. kimi obrazları tamaşaçı rəğbəti qazanmışdır.

Ə.Həmidov 1990-cı ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilmişdir. Bu illər ərzində o, Şeytan ("Özümüzü kəsən qılınc" B.Vahabzadə), 1-ci kafir ("Burlaxatun" N.Xəzri), Daşdəmir ("Bu dünyanın adamları" Hidayət), Vanya Koxa ("Hökmdar və qızı" İ.Əfəndiyev), Məşədi Oruc ("Ölülər" C.Məmmədquluzadə), Şou-Zəli ("Hələ "sevirəm" deməmişdilər…" R.Novruz), Dito ("Kaş araba aşmayaydı" O.İoseliani) kimi müxtəlif janrlı obrazlar yaratmışdır.

Aktyor "Azərbaycanfilmin" istehsal etdiyi bir sıra filmlərdə uğurlu obrazlar yaratmışdır. "Kişi sözü"ndə Qasım, "Lətifə"də Əhməd, "Hacı Qara"da Kərəməli və başqa rolları onu tamaşaçıların sevimlisinə çevirmişdir. 2007-ci ildə Azərbaycan Televiziyası ilə nümayiş etdirilən "Yoxlama" adlı çoxseriyalı televiziya filmindəki Müfəttiş obrazı sənətçiyə böyük utur gətirmişdir.

Əjdər Həmidov 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.

Filmoqrafiya
Aramızda qalsın (film, 2011) (bədii serial)
Azarkeş (2008)
Canavar balası (film, 1997)
Dünən, bu gün, sabah (film, 1992)
Gənc qadının kişisi (film, 1988)
Girişmə, öldürər! (film, 1990)
Hacı Qara (film, 2002)
Hər şey yaxşılığa doğru (film, 1997)
Heydər Əliyev (film)
Kişi sözü (film, 1987)
Lətifə (film, 1989)
Məhəllə (film, 2003)
Mənim ağ şəhərim (film, 1994)
Milli bomba (film, 2004)
Sahilsiz gecə (film, 1989)
Şirin bülbül (film, 2000)
Təlatüm (film, 2006)
Tənha durna uçuşu (film, 2003)
Yerlə göy arasında (film, 1999)
Yoxlama (film, 2006)


Tarix: 06.02.2013 / 20:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 484 Bölmə: Aktyorlar
loading...